
Bakı. Trend:
2023-cü ildə Almaniyada təxminən 6 milyon cinayət hadisəsi qeydə
alınıb. Bu da 2022-ci illə müqayisədə 5,5 faiz çoxdur.
Trend-in
məlumatına görə, bu barədə “Welt am Sonntag” nəşri polisdəki
mənbəyə istinadla məlumat yayıb.
Qəzet yazır ki, cinayətlərin 58,4 faizi açılıb. Ölkədə
zorakılıqla müşayiət olunan cinayətlər son 15 ildə ən yüksək
səviyyəyə çatıb. Ağır və insan həyatına təhlükə törədən cinayətlər
7 faiz, mənzillərin qarət edilməsi 11,5 faiz artıb.





























