Advertisement

“CELAC” təşkilatı Meksika və Ekvador arasındakı məsələ ilə bağlı iclas keçirəcək

Bakı. Trend:

Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinə (CELAC)
sədrlik edən Honduras Ekvador və Meksika arasındakı vəziyyəti
müzakirə etmək üçün təşkilatın fövqəladə iclasını çağırıb.

Trend-in məlumatına görə, bu barədə Honduras prezidenti Siamora
Kastro öz “X” səhifəsində bildirib.

Bildirilib ki, iclasın çağırılması Ekvadorun keçmiş
vitse-prezidenti Xorxe Qlası həbs etmək üçün onun gizləndiyi
Kitodakı səfirliyinə basqın edilməsi ilə bağlıdır.

“Ekvador hökumətinin Meksikanın Kitodakı səfirliyinə zorla daxil
olmaqla Amerika Sığınacaq Konvensiyasını və Diplomatik Münasibətlər
haqqında Vyana Konvensiyasını açıq şəkildə pozduğunu nəzərə alaraq,
mən təcili olaraq CELAC-ın 8 aprel bazar ertəsi, xarici işlər
nazirlərinin isə çərşənbə axşamı, aprelin 9-da iclasını çağırıram”,
– deyə Hondurası prezidenti qeyd edib.