Advertisement

Misir Qəzzaya humanitar yardım aparan maşınların sayını artıracaq

Bakı. Trend:

Misir hakimiyyəti Rəfah keçidi vasitəsilə Qəzza zolağına daxil
olan humanitar yardım maşınlarının sayını gündə 300-ə
çatdıracaq.

Trend-in
məlumatına görə, bu barədə Misir Dövlət İnformasiya Xidmətinin
rəhbəri Diya Rəşvan deyib.

“Misir Qəzzaya humanitar yardım aparan maşınların sayını 300-dən
çox artırmağı planlaşdırır”, – deyə o bildirib.

D.Rəşvan həmçinin qeyd edib ki, ötən ilin oktyabr ayından bəri
Fələstin anklavından Misirə 66 759 əcnəbi vətəndaş və ikili
vətəndaş daxil olub və 3 764 yaralı Qəzzadan müalicə olunmaq üçün
Misir xəstəxanalarına köçürülüb.