
Bakı. Trend:
Çinin Sincan-Uyğur Muxtar Rayonunda 5,0 bal gücündə zəlzələ
qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Kuça qəzasından 67 km
qərbdə olub. Təkanların ocağı 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.





























