
Bakı. Trend:
Sakit okeanda Rusiyanın Kuril adalarının şimal qrupu (Saxalin
vilayəti) və Kamçatka yarımadasının cənubu yaxınlığında 4,5 bal
gücündə zəlzələ qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə “Yujno-Saxalinsk” seysmoloji
stanisyasından bildiriblər.
Məlumata əsasən, yerli sakinlər yeraltı təkanları hiss
ediblər.
Bildirilib ki, zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 88
km şərqdə 63 km dərinlikdə yerləşib.





























