Advertisement

BMT ötən il Azərbaycanla birgə tədbirlərə 32 milyon dollardan çox investisiya qoyub – Vladanka Andreyeva

Bakı. Trend:

BMT 2023-cü ildə Azərbaycanla birgə tədbirlərə 32 milyon
dollardan çox investisiya qoyub.

Trend xəbər
verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka Andreyeva “2021-2025-ci illər üçün
BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair
Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici
Komitənin iclasında deyib.

“Azərbaycan ötən ilin sentyabr ayında təşkil olunan Dayanıqlı
İnkişaf Məqsədləri (DİM) üzrə sammiti ərəfəsində DİM üzrə öz milli
öhdəliklərini irəli sürmüş 40 ölkədən biri olub. Biz hamımız
birlikdə DİM-in əldə olunması üzrə tədbirləri sürətləndirə bilərik.
Ötən il razılaşdırılmış birgə tədbirlərin icrasına 32,2 milyon ABŞ
dolları investisiya qoymuşuq”, – o deyib.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun