Advertisement

“Ağıllı kənd” konsepsiyasının icrasına dəstək BMT-nin Azərbaycandakı prioritetlərindəndir

Bakı. Trend:

BMT-nin Azərbaycanda 2024-cü il üzrə dayanıqlı inkişaf
məqsədləri (DİM) üzrə prioritetlərindən biri cəmiyyətin inkişafına
kompleks yanaşmada “Ağıllı kənd” konsepsiyasının icrasına dəstəkdən
ibarətdir.

Trend xəbər
verir ki, bu barədə UNDP-nin Azərbaycandakı rezident nümayəndəsi
vəzifəsini icra edən Alessandra Rokkasalvo “2021-2025-ci illər üçün
BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair
Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici
Komitənin iclasında deyib.

“BMT-nin Azərbaycanda 2024-cü il üzrə dayanıqlı inkişaf
məqsədləri (DİM) üzrə prioritetlərindən biri cəmiyyətin inkişafına
kompleks yanaşmada “Ağıllı kənd” konsepsiyasının icrasına dəstəkdən
ibarətdir.

Bundan başqa, müharibədən əziyyət çəkmiş bölgələrdə gənclər,
qadınlar, miqrantlar, qaçqınlar və məcburi köçkünlər üçün
məşğulluğun yaradılması, eləcə də, sosial və maliyyə
inklüzivliyinin gücləndirilməsi əsas məsələlərdən biridir”, – o
deyib.

Rokkasalvo əlavə edib ki, kənd təsərrüfatında seçilmiş dəyər
yaradılması zəncirlərinin rəqabət qabiliyyətinin artırılması,
torpaqların konsolidasiyası prosedurlarının təkmilləşdirilməsi,
Azərbaycanda sağlamlığa və ölkənin zoonoz xəstəliklərə və mikrob
əleyhinə preparatlara qarşı dayanıqlılığa nəzarət üzrə imkanlarına
vahid yanaşmanın gücləndirilməsi, toxum və aqrar kimya
laboratoriyalarının, sertifikatlaşdırma xidmətlərinin
təkmilləşdirilməsi da prioritetlər arasında yer tutur.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun