
Bakı. Trend:
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Suriya paytaxtı
Dəməşqə səfəri çərçivəsində yeni konsulluq binasının açılışında
iştirak edəcək.
Trend bu barədə İran KİV-ə istinadən məlumat verir.
Bildirilir ki, yeni konsulluq binası Dəməşqdə vurularaq
dağıdılan İran konsulluq binasının yaxınlığında yerləşir.
Qeyd edək ki, İran KİV 6 apreldə İranın Dəməşqdə konsulluğunun
fəaliyyətini bərpa etdiyini bildirib.
Xatırladaq ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin
Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə
komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd
Hacı Rəhimi ölüb.





























