Advertisement

Malatya və Hakkari bölgələrində yağış səbəbindən evləri su basıb

Bakı. Trend:

Türkiyənin Malatya və Hakkari bölgələrinə yağan güclü yağış
səbəbindən bəzi evləri su basıb.

Trend xəbər verir ki, suların yığıldığı bəzi küçələrdə
nəqliyyatın hərəkəti çətinləşib və böyük tıxac yaranıb. Yerli polis
bölmələri nəqliyyatın hərəkətini tənzimləmək üçün böyük səy
göstərib.

Yollarda qalan vətəndaşlar avtobus dayanacaqlarına sığınıb.