Advertisement

Türkiyədə sərnişin avtobusu yandı (FOTO)

Bakı. Trend:

İstanbul-İzmir magistral yolunda hərəkət edən sərnişin avtobusu
naməlum səbəbdən Bursa vilayətindəki Orhangazi tunelinin girişində
yanıb.

Trend xəbər verir ki, alov qısa müddətdə bütün avtobusa yayılıb,
39 sərnişin dərhal təxliyə edilib.

Tüstüdən zəhərlənən 3 sərnişinə yerində tibbi yardım göstərilib.
Ümumilikdə 16 sərnişin yaxınlıqdakı xəstəxanaya göndərilib. Onların
həyatları ilə bağlı təhlükənin olmadığı bildirilib.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmasının
qarşısını alıblar. Avtobus yararsız hala düşüb, İstanbul-İzmir yolu
bir müddət bağlı qalıb.