Advertisement

Yanvar-mart aylarında Türkiyənin elektrik avadanlıqları ixracı 4 milyard dollar olub

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin elektrik
avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz
azalaraq 4 milyard dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən
xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat
verilib.

“Bu ilin mart ayında Türkiyə 1,5 milyard dollar məbləğində
elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə
müqayisədə 2,9 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023- mart 2024) Türkiyə
16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac
edib.