
Bakı. Trend:
Türkiyə 2024-cü ilin yanvar-mart aylarında kimyəvi maddə
məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz
artıraraq, 8 milyard dollara çatdırıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“2024-cü ilin mart ayında Türkiyənin dünya bazarlarına kimyəvi
maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5,7
faiz artaraq, 3 milyard dollara bərabər olub”, – deyə məlumatda
qeyd edilib.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2023) Türkiyə
31,1 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac
edib.





























