Advertisement

ABŞ Cənubi Qafqaza müdaxilə etməyə son qoymalıdır – Keçmiş diplomatı

Bakı. Trend:

ABŞ həqiqətən Ermənistan üçün xoşbəxt gələcək təmin etmək
istəyirsə, Cənubi Qafqaza müdaxilə etməyə son qoymalıdır.

Trend xəbər
verir ki, bu barədə ABŞ Dövlət Departamentinin ABŞ-Rusiya
İkitərəfli Prezident Komissiyasının keçmiş müşaviri Ceyms Karden
“The American Conservative” nəşrində yazıb.

Onun sözlərinə görə, ABŞ Cənubi Qafqaza müdaxiləsindən əl
çəkməli və postsovet məkanına artıq yetirdiyi zərəri
məhdudlaşdırmalıdır.

Keçmiş diplomat İrəvanın Brüssel və Vaşinqtonla yaxınlaşmasını
olduqca təhlükəli hesab edib. Karden Paşinyan hökumətini Qərbin
yalan vədlərinə inananların təcrübəsindən nəticə çıxarmağa
çağırıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun