
Bakı. Trend:
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və bir sıra
müxalif deputatlar parlamentdə delimitasiya məsələləri üzrə qapalı
müzakirələrə buraxılmadı.
Trend xəbər
verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, müzakirələrdə iştirakına icazə verilməyən
deputatlar arasında Ermənistanın keçmiş prezidenti Robert
Köçəryanın oğlu Levon Köçəryan da var.
Ermənistan parlamentinin spikeri Alen Simonyan bu qadağanı
sözügedən deputatların məxfi materiallara çıxış icazəsinin olmaması
ilə izah edib.
Zalda qalan deputatlardan telefonlarını təhvil vermələri
istənilib, jurnalistlər isə zalı tərk edib.





























