
Bakı. Trend:
2024-cü ilin mart ayında Türkiyənin Ankara şəhərində yerləşən
Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən
ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq, 2 milyon 887 min
966 nəfər olub.
Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin mart ayında hava
limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin
analoji dövrü ilə müqayisədə 11 faiz artaraq 2 milyon 205 min 949
nəfər, beynəlxalq reyslər üzrə isə 41 faiz artaraq 682 min 17 nəfər
təşkil edib.
2024-cü ilin mart ayında hava limanının yük dövriyyəsi 2023-cü
ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 27 min 102 ton
təşkil edib. Bununla yanaşı, 2024-cü ilin mart ayında hava
limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni
dövrü ilə müqayisədə 6 faiz artaraq, 16 min 696 ton, beynəlxalq
reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 33 faiz artaraq,
10 min 406 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin mart ayında həyata
keçirilən uçuşların sayı 2023-cü ilin mart ayı ilə müqayisədə 7
faiz artaraq, 22 min 303 olub. Bununla yanaşı, daxili reyslər üzrə
yerinə yetirilən uçuşların sayı dəyişməyərək 16 min 655, beynəlxalq
reyslər üzrə isə 36 faiz artaraq 5 min 648 olub.
Bu ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin
daşınması 43 milyon 858 min 984 nəfər, yük dövriyyəsi isə 1 milyon
966 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında
sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4
milyon 211 min 507 ton təşkil edib.





























