
Bakı. Trend:
Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan
vilayətində magistral yolda terror aktı törədilib.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Məlumata əsasən, terrorçular iki polis avtomobilinə hücum
ediblər. Nəticədə 6 polis məmuru öldürülüb və bir neçə nəfər də
yaralanıb.
Qeyd edilir ki, “Ceyş əl-Ədl” terror qruplaşması terror aktının
məsuliyyətini üzərinə götürüb.
Xatırladaq ki, son günlər İranın Sistan və Bəluçestan
vilayətində polis məmurları və hərbçilərin ölümü ilə nəticələnən
ardıcıl bir neçə terror aktları baş verib.





























