
Bakı. Trend:
2024-cü ilin yanvar-mart aylarında Türkiyənin ABŞ-a dəri
məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 15,9 faiz
azalaraq, 11,4 milyon dollara bərabər olub.
Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“2024-cü ilin mart ayında Türkiyə ABŞ-a 3,2 milyon dollar
məbləğindədəri məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri
ilə müqayisədə 21,9 faiz azdır”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin
dünya bazarlarına dəri məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə
müqayisədə 28 faiz azalaraq, 409,6 milyon dollara bərabər olub.
Bu ilin mart ayında Türkiyə 146,2 milyon dollar məbləğində dəri
məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə
33,4 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023 – mart 2024)
Türkiyə 1,7 milyard dollar məbləğində dəri məhsulları ixrac
edib.





























