Advertisement

ABŞ Energetika Nazirliyi “Brent” neftinin qiyməti ilə bağlı proqnozunu artırıb

Bakı. Trend:

ABŞ Energetika Nazirliyi 2024-cü il üçün “Brent” markalı neftin
qiyməti ilə bağlı proqnozunu 87 dollar/bareldən 88,55 dollar/barelə
qədər qaldırıb.

Trend-in məlumatına görə, bu barədə Nazirliyin Enerji
İnformasiya İdarəsinin (EIA) aylıq proqnozunda bildirilib.

2025-ci il üçün proqnoz 84,8 dollar/bareldən 86,98 dollar/barelə
qədər qaldırılıb.

ABŞ Energetika Nazirliyi ikinci rübdə “Brent” markalı neftinin
orta qiymətinin 90 dollar/barel civarında olacağını gözləyir.