Advertisement

ABŞ “Hawk” ZRK üçün dəstlərin Kiyevə mümkün satışını təsdiqləyib.

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Ukraynaya “Hawk” zenit-raket
komplekslərinə (ZRK) xidmət üçün komplektlərin 138 milyon dollara
mümkün satışını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin
Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi bildirib.

Açıqlamada bildirilib ki, Ukrayna hakimiyyəti “HAWK Phase III”
ZRK üçün 138 milyon dollar məbləğində “avadanlıq və xidmətlər”in
alınması üçün sorğu göndərib. Çərşənbə axşamı Dövlət
Departamentinin sorğunu təsdiqləmək qərarı barədə ABŞ Konqresinə
məlumat verilib.