
Bakı. Trend:
NATO-nun Şimali Avropadakı quru qüvvələrinin qərargahı
Finlandiyada yerləşəcək.
Trend-in
məlumatına görə, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram
Finlandiyanın “İltaLehti” qəzetinə müsahibəsində bildirib.
Nəşr qeyd edir ki, qərargahın Rusiya ilə sərhəddən təxminən 140
kilometr aralıda Finlandiyanın Mikkeli şəhərində yerləşdirilməsi
planlaşdırılır. O, Şimali Atlantika Alyansının ABŞ-ın Norfolk
şəhərindəki qərargahına hesabat verəcək.
Qəzetin yazdığına görə, bu, gecə-gündüz fəaliyyət göstərən
yüksək hazırlıqlı qərargah olacaq.
Daha əvvəl Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov
bildirib ki, iki ölkə sərhədi potensial eskalasiya zonasına
çevrilib.





























