Advertisement

Yaponiya, Çin və Cənubi Koreya üçtərəfli sammit keçirmək niyyətindədir

Bakı. Trend:

Yaponiya, Çin və Koreya Respublikası mayın sonunda rəhbərlik
nümayəndələrinin üçtərəfli görüşünü keçirmək niyyətindədirlər.

Trend-in
məlumatına görə, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Hazırda tərəflər mayın 26-27-də Cənubi Koreyada danışıqlar
aparmaq variantını nəzərdən keçirirlər. İclas baş tutarsa, o zaman
Yaponiyanın Baş naziri Fumio Kişida, Çinin Dövlət Şurasının Baş
naziri Li Qianq və Koreya Respublikasının Prezidenti Yun Seok Yeol
iştirak edəcək.

Onların Şimali Koreya da daxil olmaqla regional məsələləri və
iqtisadi əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.