
Bakı. Trend:
Hindistanın mərkəzindəki Çhattisqarh əyalətinin Kumhari
rayonunda avtobusun qəzaya uğraması nəticəsində özəl firmanın ən
azı 12 işçisi ölüb, 14 nəfər yaralanıb.
Trend-in xəbərinə görə, bu barədə yerli administrasiyanın
nümayəndəsi məlumat verib.
Yaralananlar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti
stabildir.
Qəzanın səbəbi müəyyənləşdirilir. Yerli administrasiya hadisə
ilə bağlı araşdırmalara başlayıb.





























