Advertisement

Yanvar-mart aylarında Azərbaycanın Türkiyədən polad məhsulları idxalı 25 milyon dollara çatıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Azərbaycana polad
məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz
azalaraq, 24,8 milyon dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.

“Bu ilin mart ayında Türkiyə Azərbaycana 6,1 milyon dollar
məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin mart
ayı ilə müqayisədə 34,3 faiz azdır”, – deyə nazirlikdən
vurğulanıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin
polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1
faiz artaraq, 1,5 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 4 milyard dollar məbləğində polad
məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə
12,2 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə
15,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib.