
Bakı. Trend:
Rusiya özünü Cənubi Qafqaz üçün effektiv vasitəçi olaraq sübut
edib.
Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin
mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün həftəlik brifinq
zamanı deyib.
“Sonra Qərb peyda oldu. Qəzəbdən, qısqanclıqdan, burada sülhün
bərqərar olacağı qorxusundan region ölkələrinə qarşı fəaliyyətə
başladı”, – Zaxarova qeyd edib.
O qeyd edib ki, Ermənistana gəlincə, hər bir suveren dövlətin öz
baxışı var, yeganə sual ondan ibarətdir ki, bəzən Qərbin müdaxiləsi
regionda artıq əldə edilmiş harmoniyanı pozur.
Xatırladaq ki, aprelin 5-də Brüsseldə Avropa Komissiyasının
prezidenti Ursula Fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken
və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli
Aİ-ABŞ-Ermənistan görüşü keçirilib.
Görüşə, həmçinin, Avropa İttifaqının xarici siyasət və
təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell də
qatılıb.
Görüşdə tərəflər arasında qarşılıqlı əlaqələrin inkişafı
müzakirə olunub. Brüssel və Vaşinqton İrəvan üçün müvafiq olaraq
270 milyon avro və 65 milyon dollar dəyərində kredit ayıracaqlarını
vəd ediblər.





























