Advertisement

İtaliyada su elektrik stansiyasında partlayış – Ölənlər var

Bakı. Trend:

İtaliyanın Emiliya-Romaniya və Toskana regionlarının sərhədində
yerləşən Suviyana gölü üzərindəki su elektrik stansiyasında (SES)
partlayış baş verib.

Trend xəbər verir ki, “Enel” enerji şirkətinə məxsus SES-dəki
partlayış nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb, 4 nəfər
itkin düşüb.

Hazırda hadisə yerində axtarış-xilasetmə qrupları işləyir.

Partlayışdan sonra stansiyada yanğın baş verib. Hadisənin
başvermə səbəbləri araşdırılır.