
Bakı. Trend:
Dünya Bankı Türkiyəyə dəstəyini 17 milyarddan 35 milyard dollara
çatdırıb.
Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri
Mehmet Şimşek açıqlayıb.
“Dünya Bankı ilə güclü əməkdaşlığımız çərçivəsində növbəti beş
illik dövr üçün maliyyə əməkdaşlığı proqramı yaradılıb.
Dünya Bankından üç ayrı layihə üçün 1,5 milyard dollar maliyyə
alınıb və bu mənbə Türkiyənin enerji təchizatı təhlükəsizliyini
təmin etmək və müəssisələrin yaşıl çevrilmə prosesini dəstəkləmək
üçün istifadə ediləcək”, – deyə o bildirib.





























