
Bakı. Trend:
ABŞ-nin Florida ştatının sakini Eymi Harris oğurluğa görə bir ay
həbs cəzası alıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, qadın Birləşmiş
Ştatlar Prezidenti Co Baydenin qızı Eşli Baydenin gündəliyini və
bir neçə əşyasını oğurlayıb.
Araşdırma nəticəsində məlum olub ki, o, bu işi tək görməyib və
işdə təqsirləndirilən digər şəxs də günahını etiraf edib.
Qeyd olunur ki, Eymi Harris bir aylıq həbsdən sonra üç il
nəzarət altında yaşamalı olacaq.





























