
Bakı. Trend:
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin üç oğlu
İsrailin atəşi nəticəsində Qəzza zolağının şimalında yerləşən
qaçqın düşərgəsində həlak olub.
Trend xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat
yayıb.
Telekanalın məlumatına görə, İsrailin atəşi nəticəsində
Haniyənin nəvələri də ölüblər.





























