Advertisement

Gürcüstan ilə Çin viza rejimini ləğv ediblər

Bakı. Trend:

Gürcüstan ilə Çin Xalq Respublikası arasında viza rejimi ləğv
olunub.

Trend xəbər verir ki, bununla bağlı Gürcüstanın xarici işlər
naziri İlya Darçiaşvili və Çinin Gürcüstandakı səfiri Zhou Jiang
iki ölkə hökumətləri arasında Gürcüstan vətəndaşlarının Çinə
vizasız gediş-gəlişini təmin edəcək “Adi pasport sahibləri üçün
viza tələblərindən qarşılıqlı azad edilməsi haqqında” saziş
imzalayıblar.

Müqavilə qüvvəyə mindikdən sonra Gürcüstan vətəndaşları Çində 30
gün vizasız qala biləcəklər. Saziş hər iki ölkədə daxili hüquqi
prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək.