
Bakı. Trend:
Türkiyə xarici işlər naziri Hakan Fidan HƏMAS Siyasi Bürosunun
rəhbəri İsmayıl Haniyə ilə telefonla danışıb.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, Hakan Fidan
İsrailin hücumları nəticəsində Haniyənin ölən 3 oğlu və 3 nəvəsi
üçün başsağlığı verib.
İsrail, Əl-Şati Qaçqın Düşərgəsinin sakinləri və yaxınları ilə
Fitr bayramını qeyd etməyə gedən Həmas Siyasi Bürosunun rəhbəri
İsmayıl Haniyənin ailə üzvlərinin çoxunun olduğu avtomobili hədəfə
alıb.
Hücum zamanı Haniyənin ailəsindən maşında olan hər kəsin
yaralandığı və ya həyatını itirdiyi bildirilib.





























