
Bakı. Trend:
ABŞ Ermənistan üçün zirehli “təcili yardım” maşınları tədarük
edəcək.
Trend xəbər
verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin
məlumat yayıb.
Səfirin sözlərinə görə, hazırda ABŞ və Ermənistanın bununla
bağlı müzakirələr aparır.
Kvin bildirib ki, tərəflər Ermənistanın hərbi sahədəki
ehtiyaclarını müzakirə edir və artıq bir neçə məsələ ilə bağlı
razılığa gəliblər.





























