
Bakı. Trend:
Rusiya silahlı qüvvələrinin hücumları nəticəsində Kiyev
vilayətində yerləşən ən böyük İstilik Elektrik Stansiyası (İES)
-“Tripolye” tamamilə dağılıb.
Trend-in xəbərinə görə, bu barədə Ukraynanın “Senterenerqo”
enerji şirkətinin Müşahidə Şurasının sədri Andrey Qota məlumat
verib.
Onun sözlərinə görə, zərbələr nəticəsində turbin sexində
irimiqyaslı yanğın baş verib. Müəssisədə yanğının qarşısının
alınması istiqamətində işlər davam etdirilir.
Qota deyib ki, hücum nəticəsində xəsarət alan olmayıb.





























