Advertisement

Finlandiya prezidenti Qərbi Rusiya ilə mümkün münaqişəyə hazırlaşmağa çağırıb

Bakı.Trend:

Finlandiya prezidenti Aleksandr Stubb Avropa liderlərini
Rusiyaya qarşı döyüşkən ritorikadan istifadə etməkdənsə, ordularını
potensial münaqişəyə hazırlamağa çağırıb.

Trend xəbər verir ki, Finlandiya prezidenti bu fikirləri
“Financial Times” qəzetinə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Avropa daha az danışmalı və Rusiya
təhdidinə qarşı daha çox hazırlaşmalıdır.

Finlandiya prezidenti bildirib ki, Rusiyaya qarşı açıqlamalar
Avropa dövlətlərinin diqqətini əslində fokuslanmalı olduqları
tədbirlərdən yayındırır.

Stubb qeyd edib ki, bu tədbirlər Kiyevə hərbi yardımın davam
etdirilməsi və Qərb ölkələrinin öz silahlı qüvvələrini mümkün
münaqişəyə hazırlamasıdır.