Advertisement

İsrail HƏMAS-ın maliyyələşdirilməsinə cavabdeh olan şəxsi zərərsizləşdirib

Bakı. Trend:

Qəzza zolağının cənubundakı Rəfah şəhərində təşkilatın hərbi
qanadının maliyyələşdirilməsinə cavabdeh olan Fələstinin “HƏMAS”
hərəkatının üzvü zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusu (ÇAXAL)
məlumat yayıb.

Məlumata əsasən, ÇAXAL və ŞABAK (Ümumi Təhlükəsizlik Xidməti)
birgə əməliyyatı nəticəsində Nasser Yaqub Cabber Nasser məhv
edilib.

“HƏMAS-ın hərbi qanadı ilə fəaliyyətini çərçivəsində o, HƏMAS-ın
Rəfahdakı hərbi əməliyyatlarının çox hissəsini maliyyələşdirib”, –
deyə bildirilib.

Qeyd edilib ki ki, ötən ilin dekabrında hərəkatın
zərərsizləşdirilən üzvü hərbi əməliyyatların maliyyələşdirilməsi
üçün HƏMAS-a yüz minlərlə dollar göndərib.