Advertisement

Rusiya FTB Moskvadakı sinaqoqlardan birində terror aktının qarşısını alıb

Bakı. Trend:

Moskvada sinaqoqlardan birində planlaşdırılan terror aktının
qarşısı alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya FTB-nin İctimaiyyətlə
Əlaqələr Mərkəzi bildirib.

Məlumata əsasən, şübhəli şəxs silahlı müqavimət zamanı
öldürülüb.

Bildirilib ki, sinaqoqda terror aktını hazırlayan şəxs Mərkəzi
Asiya ölkələrindən birində doğulub. Qeyd olunub ki, o, Moskva
sinaqoqlarından birinin ətrafına kəşfiyyat aparıb və əldəqayırma
partlayıcı qurğunun hazırlanması üçün materiallar əldə edib.