Advertisement

HƏMAS girovlar haqqında məlumat almaq üçün atəşkəsə ehtiyac olduğunu bildirib

Bakı. Trend:

Yalnız Qəzza zolağında atəşkəs HƏMAS-a anklavda qalan bütün
israilli girovlar haqqında məlumat əldə etmək üçün kifayət qədər
vaxt verəcək.

Trend-in məlumatına görə, bu barədə hərəkatın xarici əlaqələr
şöbəsinin rəhbəri Basem Naim deyib.

“Danışıqlar əsir götürülmüş israillilər haqqında son və daha
dəqiq məlumat toplamaq üçün vaxt və təhlükəsizliyə imkan verən
atəşkəs razılaşmasını nəzərdə tutur”, – deyə o bildirib.

B.Naim izah edib ki, girovlar müxtəlif qruplar tərəfindən və
müxtəlif yerlərdə saxlanılır və onlardan bəziləri artıq İsrailin
zərbələri nəticəsində ölüb. O, həmçinin xatırladıb ki, Qahirədə
keçirilən son danışıqlarda girovlar məsələsi daha geniş atəşkəs
razılaşmasının mövzularından yalnız biri olub.