Bakı. Trend:
ABŞ-ın dövlət katibi Antoni Blinken Çin və Türkiyə də daxil
olmaqla bir sıra ölkələrlə danışıqlar zamanı İranı İsraillə
münaqişəni gərginləşdirməkdən çəkinməyin vacibliyini izah etməyə
çağırıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentini
nümayəndəsi Metyu Miller bildirib.
“Dövlət katibi İranla münasibətdə hər hansı münasibətdə olan hər
bir ölkəyə açıq şəkildə bildirdi ki, İrana siqnal vermək onların öz
maraqlarına uyğundur – o, münaqişəni gərginləşdirməməlidir”, – deyə
M.Miller brifinq zamanı deyib.
M.Miller ABŞ-ın təmasda olduğu ölkələr arasında Türkiyə,
Səudiyyə Ərəbistanı və Çinin adını çəkib. O bildirib ki, Avropa
ölkələri ilə də diplomatik qarşılıqlı fəaliyyət aparılır.
Onun sözlərinə görə, Vaşinqton bundan sonra da Tehrana vəziyyəti
gərginləşdirməyin nə onun, nə də Yaxın Şərqdəki digər ölkələrin
maraqlarına uyğun olduğunu çatdırmağa çalışacaq.




























