Advertisement

Rusiya hərbi təlimatçıları Nigerə gəlib

Bakı. Trend:

Rusiya hərbi mütəxəssisləri Nigerə gəliblər və burada yerli
hərbçilərə təlim keçəcəklər.

Trend-in
məlumatına görə, bu barədə Niger Radio və Televiziya İdarəsi
məlumat yayıb.

Məlumatda bildirilir ki, Niger Rusiya Federasiyası ilə hərbi
əməkdaşlıq çərçivəsində alınmış müasir hava hücumundan müdafiə
sistemi ilə təchiz olunub. Bu sistemi quraşdırmaq və Niger ordusuna
təlim keçirmək üçün 100 rusiyalı hərbi təlimatçı Niamey şəhərinə
gəlib.