
Baı. Trend:
Ukrayna və ABŞ arasında Kiyevə hava hücumundan müdafiə
sistemlərinin modernləşdirilməsi üçün 138 milyon dollar veriləcəyi
barədə müqavilə imzalanıb.
Trend-in
məlumatına görə, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink
bildirib.
“Bu gün biz Ukraynaya hava hücumundan müdafiə sisteminin kritik
modernləşdirilməsi üçün 138 milyon dollar ayırmaq barədə saziş
imzaladıq”, – deyə səfir söyləyib.
Diplomatın sözlərinə görə, bu vəsait Ukraynaya ölkənin enerji
sisteminə hücumlar fonunda hava hücumundan müdafiə sistemlərinin
funksionallığını saxlamağa kömək edəcək.





























