Advertisement

İran 24-48 saat ərzində İsrailə cavab verə bilər – KİV

Bakı. Trend:

İran İsrailin Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hərbi
zərbə endirməsi ilə əlaqədar İsrailə 24-48 saat ərzində cavab verə
bilər.

Trend-in
məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti mənbəyə
istinadən bildirib.

Məlumata əsasən, İsrail İrandan şimaldan və ya cənubdan birbaşa
hücuma hazırlaşır. Nəşr qeyd edib ki, Tehran hələlik yekun qərarını
verməyib.