Advertisement

ABŞ səfirliyi əməkdaşlarına İsrail daxilində səyahət etməyi qadağan edib

Bakı. Trend:

ABŞ-nin İsraildəki səfirliyi əməkdaşlarına və onların ailə
üzvlərinə ölkənin böyük şəhərlərindən kənara çıxmağı qadağan
edib.

Trend xəbər
verir ki, bu barədə səfirliyin saytında məlumat dərc olunub.

Məlumata görə, xəbərdarlıq İranın İsrailə cavab zərbəsi
endirəcəyi ilə bağlı təhdidlərin fonunda təhlükəsizlik məqsədilə
edilib.

Belə ki, ABŞ səfirliyinin əməkdaşlarına və onların ailə
üzvlərinə Təl-Əviv, Qüds və Beer-Şebadan kənara çıxmaq qadağan
edilib. Səfirlik əməkdaşlarının o cümlədən, köhnə Qüds də daxil
olmaqla müəyyən bölgələrə səyahət etməmələri və bütün təhlükəsizlik
tədbirlərinə riayət etmələri tövsiyə olunub.

Xatırladaq ki, aprelin 1-də yerli vaxtla saat 17:00 radələrində
İsrail hərbi hava qüvvələrinin Dəməşqin Mezze məhəlləsini vurması
nəticəsində azı 11 nəfər, o cümlədən, İran İslam İnqilabı
Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı,
general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi
ölüb. İran tərəfi bu hücumun cavabsız qalmayacağını bildirib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun