
Bakı. Trend:
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk
Sallivan və ABŞ dövlət katibinin müavini Kurt Kempbell aprelin
sonunadək Hindistana səfər edəcək.
Trend xəbər
verir ki, bu barədə Hindistanın “Times Now” telekanalı məlumat yayıb
Məlumata görə, ABŞ rəsmilərinin səfərləri ardıcıl olacaq, lakin
dəqiq tarixlər açıqlanmayıb.
Qeyd olunub ki, Sallivan Hindistanın baş nazirinin milli
təhlükəsizlik üzrə müşaviri Acit Dovalla görüşəcək. Görüşdə
Hind-Sakit okean regionundakı vəziyyət, kiritik əhəmiyyət kəsb edən
və yeni texnologiyalar üzrə Hindistan-ABŞ təşəbbüsü çərçivəsində
ikitərəfli əməkdaşlıq müzakirə olunacaq. Bundan başqa, İsveçrədə
keçiriləcək Ukrayna konfransının da müzakirə oluna biləcəyi qeyd
olunub.
Kempbellin isə Hindistanın xarici işlər nazirinin birinci
müavini Vinay Kvatra ilə görüşü palanlaşdırılır.





























