Advertisement

KTMT-nin hərbi təlimlər üzrə qrafiki məlum oldu

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının cari ilə
planlaşdırılan hərbi təlimlərinin qrafiki məlum olub.

Trend xəbər verir ki, bu
barədə Parlament Assambleyası məlumat yayıb.

Məlumata görə, aprelin 9-dan 11-dək keçirilən müzakirələr
nəticəsində qərara alınıb ki, cari ildə Qırğızıstanda “Birgə
fəaliyyət – 2024” Komanda-Qərargah Təlimləri baş tutacaq.

Bundan başqa, təşkilata üzv ölkələrin hərbçiləri adıçəkilən
ölkədə “Axtarış – 2024”, habelə “Eşelon – 2024” hərbi təlimlərinə
toplaşacaqlar.