
Bakı. Trend:
Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu
barədə ölkənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, vilayətin Pazarcık rayonunda baş verən yeraltı
təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə
qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra
itki və dağıntılar barədə məlumat verilməyib.





























