Advertisement

Böyük Britaniyada gizli laboratoriyada dron əleyhinə radiotezlikli silah hazırlanıb

Bakı. Trend:

Böyük Britaniyada Porton Daun gizli elmi laboratoriyasının
mütəxəssisləri konkret hədəflərin, xüsusən dron və ya kommunikasiya
vasitələrini sıradan çıxarmaq üçün nəzərdə tutulmuş radiotezlikli
silah hazırlayıblar.

Trend xəbər
verir ki, bu barədə “The Times” qəzeti elmi mərkəzin nümayəndəsinə
istinadən məlumat yayıb.

Məlumata görə, qısa lüləli silaha bənzəyən cihaz elektron
sxemlərə təsir göstərərək onları həddən artıq yükləyən və hədəfləri
sıradan çıxaran elektromaqnit impuls yaradır.

Qeyd olunub ki, cihazı həmçinin ordu maşınının arxasına
quraşdırmaqla hərbi bazaları dron hücumlarından və ya hərəkət edən
konvoyu hava təhdidlərindən qorumaq üçün də istifadə etmək
mümkündür.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun