
Bakı. Trend:
Avropa Komissiyası Ukraynadan gələn yük maşınlarına nəzarəti
gücləndirməyi nəzərdən keçirir.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, nəzarətin gücləndirilməsi Varşavanın Ukraynanın
nəqliyyat şirkətlərinin Polşadan olan yükdaşıyanlarla qeyri-dürüst
rəqabət apardığını müşahidə etməsi ilə əlaqədardır.
Qeyd olunub ki, Ukraynadan Aİ ölkələrinə, misal üçün Polşaya
yola düşən yük maşınlarına GPS trekerlərin quraşdırılması nəzərdə
tutula bilər. Beləliklə Aİ ölkələrinin nəqliyyat nəzarət orqanları
ukraynalı yük daşıyanların marşrutlarını izləyə bilər.





























