Advertisement

Fransa XİN vətəndaşları İrana səfər etməməyə çağırıb

Bakı. Trend:

Fransanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfər
etməməyə çağırıb.

Trend xəbər verir ki, bu
barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Rəsmi məlumatda bu çağırış İranın İsrail, Fələstin və Livanda
törədə biləcəyi hər hansısa təhlükəli hadisələrlə əlaqələndirilib.
Eyni zamanda vətəndaşlardan adıçəkilən ölkələrə də getməmək xahiş
olunub.

Bəyanatda, həmçinin İrandakı fransız diplomatların ailə
üzvlərinin Parisə qayıdacağı da açıqlanıb.