Advertisement

İsrail Qəzzanı bombalayıb – Türkiyə telekanalının əməkdaşları yaralanıb

Bakı. Trend:

İsrail ordusu Qəzza zolağındakı qaçqın düşərgəsini
bombalayıb.

Trend bu barədə türk
KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində TRT-nin ərəb bürosunun bir
qrup jurnalisti yaralanıb. Onlardan biri ağır yaralanıb və
əməliyyata alınıb, digər əməkdaş isə hadisədən xəsarət almadan
xilas ola bilib.

Qeyd edilib ki, jurnalistlər Qəzzada Nüseyrat düşərgəsində
yayıma hazırlaşırmış.