Advertisement

Fransa səfiri Rusiya XİN-ə çağırıldı

Bakı. Trend:

Fransanın Moskvadakı səfiri Pyer Levi bu ölkənin xarici işlər
naziri Stefan Sejurnenin Rusiya ilə bağlı açıqlamalarına görə
Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Trend xəbər verir ki, bu
barədə Rusiya diplomatik qurumunun məlumatında deyilir.

Bildirilir ki, Fransanın Avropa və xarici işlər naziri
S.Sejurnenin Fransa tərəfinin Rusiya rəsmiləri ilə danışıqlara
maraq göstərməməsi ilə bağlı son açıqlamaları, eləcə də Rusiya
tərəfinin bəyanatlarında yalan məlumatlar olduğuna dair iddialarına
görə Fransa səfirinə reallıqla heç bir əlaqəsi olmayan bu cür
bəyanatların qəbuledilməz olduğu bildirilib.