Advertisement

Antalyada baş verən kanat xətti qəzasında ölən və yaralananların sayı açıqlanıb

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində axşam saatlarında baş vermiş kanat
xətti qəzasında bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri
Fahrettin Koca sosial şəbəkədə açıqlayıb.

Qeyd edək ki, dünən Türkiyənin Antalya şəhərinin Konyaaltı
bölgəsində kanat xəttinin dirəklərindən birinin aşması nəticəsində
xəttin vaqonlarından biri qayalıq əraziyə düşüb.